İranda Laricani, Bəsic komandanı və gəmiçilərin dəfn mərasimi keçirilir

Oxunma vaxtı:30 Saniyə

İranda ABŞ və İsrail hücumları nəticəsində öldürülmüş Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic komandanı Qulamrza Süleymani və “Dena” hərbi gəmisinin heyət üzvlərinin dəfn mərasimi keçirilir.

Məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, onlar Tehranda Şəhrəkorddakı İnqilab meydanı, İmamzadəgan ziyarətgahının qarşısında dəfn olunacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Loading

Next Post

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında Çanaqqala şəhidlərinə dair paylaşım edilib. Paylaşımda deyilir: “18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları […]