Azərbaycanda müəllimlərin maaşları artırılır – SƏRƏNCAM

Oxunma vaxtı:28 Saniyə

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Doğrusöztv.Az bildirir ki, bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Kimlərin maaşı nə qədər artırıldı? - TAM İZAH

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən bir sıra sahələrdə çalışan işçilərin əməkhaqları artırılıb. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Bəs kimlərin maaşı nə qədər artıb? Aşağıdakı sahələr və qurumlarda çalışan şəxslərin maaşları yanvarın 1-dən orta hesabla 20 faiz artırılır: Azərbaycan Milli Elmlər […]