Suqovuşanda mina partlayıb, xəsarət alan var

Oxunma vaxtı:32 Saniyə

Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib.

Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Loading

Next Post

ABŞ və İsrail İranın polad sənayesinə zərbə endirib

ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib. Bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb. İlkin qiymətləndirmələrə görə, İranın ən böyük şirkətlərindən biri olan və mərkəzi İsfahan əyalətində yerləşən “Mobarakeh Steel Company” polad şirkətinin istehsal bölmələrinə kütləvi hücumlar nəticəsində ciddi ziyan dəyib. Bundan başqa, “Sefid Dasht […]