Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı – Foto

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsinin əməkdaşları olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil agentliyin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Yaqubəliyev Elçin Abdı oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə etdiyi xidməti avtomobil idarəetmədən çıxaraq aşıb. E.Yaqubəliyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sərnişini olan idarənin bölmə komandiri vəzifəsində xidmət edən gizir Kərimov Vüsal Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ətraflı

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Fotoda qəzada həyatını itirən Elçin Yaqubəliyev

Loading

Next Post

Erməni silahlıları Xocalı istiqamətindəki mövqelərimizi atəşə tutdu

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Müdafiə Naziriyindən (MN) “Qafqazinfo”ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf […]