Bərdədə dörd nəfər 17 yaşlı qızı qaçırdı

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Bərdədə 17 yaşlı qız qaçırılıb.

Dogrusoztv.az xəbər verir ki, hadisə rayonunun Darğalar kəndində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Loading

Next Post

Məhkəmə binasında qanlı qarşıdurma: Müttəhimin nəzarətçilərə hücum anı kamerada - FOTO

Rusiyada məhkəmə binasında müttəhim nəzarətçiyə və məhkəmə icraçısına silahlı hücum edib. Baş verənlər müşahidə kameraları tərəfindən qeydə alınıb. Hadisə Rostovda müttəhim İvan Kostyukovu məhkəmə binasından çıxarmaq istəyərkən baş verib. Kadrlarda ilk olaraq dəhlizdə müttəhimlə nəzarətçi arasında mübarizə görünür: Kostyukov əlindəki iti əşya ilə hüquqmühafizəçiyə azı 15 dəfə vurur (Onun iti […]