İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev sloveniyalı həmkarı Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında dostluq münasibətlərinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim rifah və firavanlıq arzulayıram”.

Loading

Next Post

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

Hörmüz boğazından təhlükəsiz keçid yalnız İranın müəyyən etdiyi marşrutlar üzrə mümkündür. Bu barədə “Tasnim” İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb. Bəyanatda qeyd olunub ki, bəzi qurumlar İranla razılaşdırmadan və koordinasiya aparmadan boğazda gəmilərin hərəkəti üçün yeni marşrut elan ediblər. SEPAH vurğulayıb ki, Hörmüz boğazından […]