Şeyxülislam Yaxın Şərqdə baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb

Oxunma vaxtı:47 Saniyə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdə baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb.

QMİ sədri bu barədə Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, prosesdə xalqlar əziyyət çəkir:

“Yaxın Şərqdə baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, raketlər yerini qələmlərə, qarşıdurma isə diplomatiya dilinə verməlidir. Düşünürəm ki, müəyyən razılığa gələcəklər, amma o vaxta qədər insanlar əziyyət çəkəcək. Çağırışım odur ki, müharibəni bitirib danışıqlar masasına otursunlar. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdır. Çünki bu cür qarşıdurmaların sonu yoxdur. Nə qədər tez dialoqa başlansa, bir o qədər yaxşı nəticə əldə etmək mümkün olacaq”.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Loading

Next Post

Bakı İllüziya Muzeyi fəaliyyətə başlayıb

Bakı İllüziya Muzeyi – paytaxtda yeni açılan və Azərbaycanda bu konseptdə ilk olan interaktiv və əyləncəli muzeylərdən biridir. Muzey ziyarətçilərə reallıq və illüziya arasındakı sərhədləri fərqli formada hiss etdirmək üçün xüsusi dizayn olunub. Muzey 3 mərtəbədən və ümumilikdə 20 müxtəlif tematik otaqdan ibarətdir. Burada ziyarətçilər üçün bir-birindən maraqlı və fərqli […]