İlham Əliyev: Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət Azərbaycanın üzərinə düşmür

Oxunma vaxtı:42 Saniyə


Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışarkən qeyd edib ki, Azərbaycan yalnız konstruktiv və hüquqi şəkildə cavab verir, lakin heç vaxt Azərbaycana qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək.

“Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.

Loading

Next Post

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Avqustun 27-də yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. Bu mərhələdə köçürülən 370 nəfərdən ibarət 104 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Prezident […]