Metroda təhlükəyə görə qatar xətdən ÇIXARILDI

Oxunma vaxtı:21 Saniyə

“İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb.

“Unikal” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri “Sahil” stansiyasında düşürüb və yoluna davam edib. Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Bu səbəbdən “Nəriman Nərimanov-Həzi Aslanov” istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.

Loading

Next Post

İranla sərhədlər iki ay müddətinə bağlanır? - YENİLƏNİB + AÇIQLAMA

zərbaycan Dövlət Sərhəd Xidməti sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlayacağına dair paylaşımlara münasibət bildirib. “Hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində dövlət sərhədindən buraxılışı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına uyğun olaraq həyata keçirilir”, – deyə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. […]