Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Oxunma vaxtı:36 Saniyə

8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Loading

Next Post

Nazir Misir Mərdanovun bacısı oğluna yüksək VƏZİFƏ VERDİ

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub. Bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb. Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.  Xatırladaq ki, Anar Qocayev […]