İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq

Oxunma vaxtı:27 Saniyə

Bu gün İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Birliyin “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissədə əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Loading

Next Post

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir. Bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat […]