Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir

Oxunma vaxtı:40 Saniyə

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir.

Bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verəcək. Həmçinin dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınacaq.

Eyni zamanda dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edəcəklər.

Həmçinin Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirəcəklər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq ediləcək.

Layihə müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

Loading

Next Post

Türkiyə XİN başçısı: ABŞ-nin tezliklə Ukrayna ilə bağlı təşəbbüslərini gözləmək olar

Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan iyuna qədər Ukraynada münaqişənin həlli ilə bağlı, o cümlədən ABŞ-dən müəyyən təşəbbüslərin olacağını gözləyir. O bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib. “Yaxın zamanda ABŞ tərəfindən təşəbbüsün olacağını gözləyə bilərik. Əlbəttə, Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşməlidir. Lakin bu görüş baş tutmazdan əvvəl, […]