Türkiyə XİN başçısı: ABŞ-nin tezliklə Ukrayna ilə bağlı təşəbbüslərini gözləmək olar

Oxunma vaxtı:28 Saniyə

Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan iyuna qədər Ukraynada münaqişənin həlli ilə bağlı, o cümlədən ABŞ-dən müəyyən təşəbbüslərin olacağını gözləyir.

O bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.

“Yaxın zamanda ABŞ tərəfindən təşəbbüsün olacağını gözləyə bilərik. Əlbəttə, Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşməlidir. Lakin bu görüş baş tutmazdan əvvəl, şübhəsiz ki, böyük iş görülməli, müəyyən prinsiplər əsasında ümumi razılaşma çərçivəsi hazırlanmalıdır. Tərəflərin ciddi konsensusa ehtiyacı olacaq”, – H.Fidan bildirib.

O qeyd edib ki, tərəflər hələ görüşlərin keçirilməsi mərhələsinə gəlib çatmayıblar: “Düşünürəm ki, yay aylarına qədər vəziyyət aydınlaşacaq. Aydınlıq iyuna qədər yaranacaq”.

Loading

Next Post

Brüsseldə atışma baş verib, bir neçə metrostansiya bağlanıb

Brüsseldə fevralın 5-də mərkəzi Klemonso stansiyasında baş verən atışmadan sonra bir neçə metro stansiyası bağlanıb. Bu barədə “Reuters” Belçika prokurorluğuna istinadən məlumat verib. Agentliyin məlumatına görə, şübhəlilər atışmadan sonra metro tunellərinə qaçıblar. Xəsarət alan olmayıb. Polis hadisənin narkotiklərlə bağlı ola biləcəyi versiyasını araşdırır.