Erik Oyare: “Çaylar, göllər və bataqlıqlar iqlim böhranı ilə mübarizədə diqqətdən kənarda qalıb”

Oxunma vaxtı:54 Saniyə

Çaylar, göllər və bataqlıqlar iqlim böhranı ilə mübarizədə vacib olsa da, hər zaman diqqətdən kənarda qalıb.

Bunu “Afrikanın Mavi Qəlbi Təşəbbüsü”nün rəhbəri Erik Oyare BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Su Fəaliyyəti: İqlimə uyğun addımlar üçün su həlləri” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, çaylar, göllər və bataqlıqlar iqlim böhranı ilə mübarizədə, su və ərzaq təhlükəsizliyinin artırılmasında və dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynayır: “Lakin bu ekosistemlər hər zaman diqqətdən kənarda qalıb və lazımınca qiymətləndirilməyib. Odur ki, onlar dünyada ən təhlükə altında olan ekosistemləridir. Qlobal hesabatlara görə, dünyada olan bataqlıqların 1/3 məhv olub”.

O qeyd edib ki, bu mənada “Şirin Sularla bağlı Çağırış Təşəbbüsü” mühüm rol oynayır: “Bu təşəbbüsə indiyə qədər Avropa İttifaqı ilə birlikdə 47 ölkə artıq qoşulub. Bu, 2025-2030-cu illər üçün bərpa tədbirlərinin prioritetləşdirilməsinə kömək etmək üçün hökumətlərə təlimat və alətlərlə dəstək verəcək. “Şirin Sularla bağlı Çağırış Təşəbbüsü” bu ekosistemlərin bərpası və qorunmasına ümumi investisiyanı artıracaq. Bundan başqa, təşəbbüslə təbiətə əsaslanan həllərin əhəmiyyətinin təşviqi daxil olmaqla bu istiqamətdə sərmayələrin gəlirliliyi əhəmiyyətli dərəcədə yüksələcək”.

Loading

Next Post

Məcnun Məmmədov: "Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir"

Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil olunmuş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” adlı tədbirdə bildirib. “Qlazqodan Şarm əl-Şeyxə, Dubaydan Bakıya qədər hər bir addımımız qlobal iqlim dayanıqlılığının təməlini […]