Prezident Samur–Abşeron kanalı üzərində körpünün tikintisinə 10 milyon manata yaxın pul ayırıb

Oxunma vaxtı:21 Saniyə

Samur–Abşeron kanalı üzərində yeni körpü tikiləcək.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9 milyon 960 min manat vəsait 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Loading

Next Post

Ermənistanın siyasi mühitində xaos - hakim partiyada qorxu mühiti - ŞƏRH

Bu yaxınlarda Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası yenilənmə adı altında bir neçə deputatla yollarını ayırmaq qərarına gəldi. Partiyanın sanballı deputatlarından olan Ovik Aqazaryan, Akop Aslanyanın deputat mandatlarının ləğvi və partiyadan uzaqlaşdırılması digər həmkarları arasında soyuq duş effekti kimi qəbul edilib. Baş nazir Nikol Paşinyan tərəfindən SMS vasitəsilə iriranqlı məmurları vəzifədən […]