Bu ərazilərdə qazın verilməsində fasilələr yaranacaq

Oxunma vaxtı:29 Saniyə

Bu gün Suraxanı rayonu Bülbülə qəsəbəsində və Sumqayıt şəhəri Təzə Corat və Köhnə Corat adlanan ərazilərdə qazın verilməsində fasilələr olacaq.

Buna səbəb adıçəkilən ərazilərdə təmir işlərinin aparılmasıdır.

Belə ki, “Təmiz Qaz” QSC tərəfindən aşkarlanan sızmalar, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Sumqayıt şəhəri, Köhnə Corat ərazisində qeyri-qanuni birləşmələrin ləğvi məqsədi ilə bu gün  10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun (Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələri) və Sumqayıt şəhərinin (Köhnə Corat və Təzə Corat) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Körpə qızının qətlində şübhəli bilinən atanın - Fotoları

Xəbər verdiyimiz kimi, Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli şəxs qismində saxlanılıb. “Qafqazinfo” 1 yaş 4 aylıq uşağının qətlində şübhəli bilinən şəxsin fotolarını təqdim edir: Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs […]