Paşinyan: Ermənistan Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir

Oxunma vaxtı:26 Saniyə

Ermənistan Respublikası Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir.

Bu barədə Baş nazir Nikol Paşinyan “ŞƏT+” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

Çıxış zamanı Paşinyan Ermənistanın Azərbaycanla əldə etdiyi razılaşmalara sadiq olduğunu bir daha bəyan edib: “Ermənistanın əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqləmək istəyirəm və biz bu razılaşmaları mümkün qədər tez həyata keçirmək əzmindəyik. Bütün bunların nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq əlaqələr açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlər, o cümlədən bizim və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq”.

Loading

Next Post

Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı - ŞƏRH

Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin ötən ay Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla əldə olunmuş razılaşmalarda əksini tapması rəsmi Bakının dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasının daha bir təzahürü idi. Əldə olunmuş razılaşmalar Cənubi Qafqazda davamlı sülh və sabitliyə xidmət etməklə yanaşı, Cənubi Qafqaza olan qlobal marağın da […]