Azərbaycanda ilk dəfə ortaq türk əlifbası ilə poeziya antologiyası nəşr olunub

Oxunma vaxtı:28 Saniyə

Azərbaycanda ortaq türk əlifbası ilə ilk poeziya antologiyası – “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı kitab nəşr olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından bidirilib.

Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr əvvəlcə orijinalda, yəni yazıldığı dildə, sonra isə ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib.

Nəşrdə Azərbaycan şairlərinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan və İraq türkmanları haqqında şeirləri Azərbaycan dilində, həmin türk ellərindən olan müəlliflərin Azərbaycan mövzusunda yazdıqları şeirlər onların öz türkcələrində yer alıb.

Vurğulanıb ki, kitab Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində çap olunub.

Loading

Next Post

UEFA Çempionlar Liqası: "Qarabağ" İngiltərədə "Nyukasl"la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək. Xatırladaq ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.