Sabah hava yağıntılı olacaq – PROQNOZ

Oxunma vaxtı:40 Saniyə

Azərbaycanda martın 8-də havanın arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Loading

Next Post

Allahşükür Paşazadə Romaya səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Romada 9 mart tarixində iftar süfrəsi təşkil olunacaq. “QMİ sədri Allahşükür Paşazadə və Azərbaycandakı dini […]