Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

Oxunma vaxtı:29 Saniyə

Bu gün Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq “Liman” yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Ölkəmizin füsünkar bölgələrinə səfərlər zamanı bir sıra hallarda sərt döngəli, enişli-yoxuşlu yollar qət etməli oluruq. Dağlıq relyef üçün xarakterik olan enişli-yoxuşlu, kiçik radiuslu və ya məhdud görüntülü döngəli yol sahələrində isə hər bir sürücünün köməyinə ilk növbədə yol nişanları gəlir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “Xüsusilə, […]