AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, seçki konfransı sentyabrın 11-də keçiriləcək.

Məlumata görə, hələlik yalnız AKİ-nin sədr səlahiyyətlərini müvəqqəti icra edən, İttifaqın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi məlumdur.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini, sədrliyə namizədliyini geri çəkdiyini bildirib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Kəlbəcərə dolu yağıb

Avqustun 28-i saat 15:30-a olan məlumata əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10-12 mm olan dolu yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Dolu həmçinin rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə də düşüb. Belə ki, saat 15:02-15:16 radələrində həmin əraziyə diametri 15-20 mm […]