Göyçayda vəziyyət necədir?

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Bu saatlarda Göyçay şəhərinin içməli su və qazın verilişi, naqillər bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub. Amma hazırda bir çox kəndlər hələ də işıqsızdır.

Şəhərin müxtəlif küçələrinə aşan iri gövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Qasırğa nəticəsində aşaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunu kəsən çinar ağacı da yoldan kənarlaşdırılıb. Bununla da avtomobillərin hərəkəti hər iki istiqamətdə bərpa edilib.

Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən rayona dəyən zərər araşdırılır.

Loading

Next Post

Abid Qafarov azadlığa buraxıldı

İctimai fəal Abid Qafarov azadlığa buraxılıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Abid Qafarova Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə bəraət verilib, eyni məcəllənin 148-ci ( təhqir) maddəsi üzrə isə nəzərdə tutulmuş cəza müddəti başa çatdığı üçün o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Qeyd edək ki, A.Qafarov ötən […]