Abid Qafarov azadlığa buraxıldı

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

İctimai fəal Abid Qafarov azadlığa buraxılıb.

Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Abid Qafarova Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə bəraət verilib, eyni məcəllənin 148-ci ( təhqir) maddəsi üzrə isə nəzərdə tutulmuş cəza müddəti başa çatdığı üçün o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, A.Qafarov ötən ilin iyulunda bir qrup qazi tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət əsasında həbs edilib. O, qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunub. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətə azadlıqdan məhrum edilib, Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ali Məhkəmə qərarı ləğv edərək işi apellyasiya baxışına qaytarmışdı.

Loading

Next Post

Bakıda şagirdlər arasında bıçaqlanma

Bakıda şagird şagirdi bıçaqlayıb. Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb. Hadisə dünən axşam saat 21 radələrində qeydə alınıb. 16 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılaraq cərrahi əməliyyat olunub. Onun dindirilməsi hələ ki, mümkün olmayıb. Faktla bağlı […]