Nepalda dəhşətli qəza: Təyyarə yandı, ölənlər var

Oxunma vaxtı:17 Saniyə

Nepalın “Saurya” Hava Yolları şirkətinə məxsus təyyarə Katmandunun Tribxuvana Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və yanıb.

Təyyarədə 19 nəfər olub. Xilasedicilər təyyarədən 5 nəfərin cəsədini çıxarıblar. Təyyarənin kapitanı sağ qalıb və xəstəxanaya aparılıb.

Təyyarənin Katmandu-Pokxara reysi ilə uçduğu məlum olub. Yerli mətbuatın xəbərinə görə, təyyarədə aviaşirkətin əməkdaşları olub.

Yanğınsöndürənlər və təcili tibbi yardım maşınları hadisə yerindədir.

Loading

Next Post

Sabah Bakıya yağış yağacaq

İyulun 25-də Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə […]