Hindistan siyasətçilərinin Məhəmməd peyğəmbərlə bağlı açıqlamaları ərəb ölkələrində hiddətlə qarşılanıb

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Hindistanın hakim partiyasından olan siyasətçilərin Məhəmməd peyğəmbərlə bağlı təxribat xarakterli açıqlamaları Fars körfəzi ölkələri ilə Hindistan arasında münasibətlərin soyuqlaşmasına səbəb ola bilər.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qətərin peyğəmbərlə bağlı qəbuledilməz ifadələri pisləməsindən sonra bu barədə söhbətlər daha da şiddətlənib.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi hökumətin mövqeyinə aydınlıq gətirib və ölkədə bütün dinlərə hörmət edildiyini və alçaldıcı ifadələrin “marjinal elementlər tərəfindən” səsləndirildiyini bildirib.

Loading

Next Post

Qubada ilk dəfə 2 yataq hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 20 lot üzrə Quba rayonunda yerləşən […]