Rusiya bombardmançıları Xəzər dənizi üzərində

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Rusiya bombardmançılarının ekipajları Azov və Xəzər dənizləri üzərində hərbi təlimlər keçirib və qanadlı raketlərin şərti buraxılışını hazırlayıblar.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik məlumat verib.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, Rusiyanın “Tu-22M3”, “Tu-95”, “Tu 160” uzaqmənzilli bombardmançı təyyarələrinin ekipajları Azov və Xəzər dənizləri üzərindən, eləcə də Rusiya Federasiyasının hava məkanında təlimlər keçirib və qanadlı raketlərin şərti buraxılışını hazırlayıb. 
Bundan əlavə, Motuzyanik bildirib ki, Rusiya ordusu öz bölmələrinin qurudan hücumunu dəstəkləmək üçün fəal şəkildə təyyarələri cəlb etməyə başlayıb.

Loading

Next Post

Sabah bu rayonlarda qaz kəsiləcək

Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar, mayın 26-da saat 10:00-dan etibarən […]