Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirildi – Başsağlığı kitabı açılacaq

Oxunma vaxtı:27 Saniyə

Ukraynanın Azərbaycandakı səfirliyində Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində həyatını itirənlərin xatirəsinə başsağlığı kitabı açılacaq.

Bu barədə Ukrayna səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycandakı səfirlikdə matəm əlaməti olaraq Ukraynanın dövlət bayrağı yarıya qədər endirilib.

“Ürəyimiz Krivı Roqdakı qurbanlar və Rusiya təcavüzü nəticəsində hər gün itirilən bütün insanlar üçün ağrıyır”.

Qeyd edilib ki, başsağlığı kitabı Ukraynanın Azərbaycandakı səfirliyində bu gün saat 14:00-18:00, sabah isə 12:00-18:00 saatları arasında açılacaq. Eyni zamanda, başsağlığı mesajları emb_az@mfa.gov.ua elektron poçtu vasitəsilə də göndərilə bilər.

Loading

Next Post

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi […]