Pakistanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Oxunma vaxtı:24 Saniyə

Pakistanda meymunçiçəyi virusunun yeni versiyasına ilk yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Hayber Paxtunxva əyalətinin səhiyyə departamentindən bildirilib.

Vurğulanıb ki, Birləşmiş Ərəb Əmirliklərindən gələn üç şəxsdə virus aşkarlanıb.

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

Loading

Next Post

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - YENİLƏNİB

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda […]