Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Oxunma vaxtı:25 Saniyə

Türkiyənin İstanbul əyalətinin Eyüpsultan rayonunda sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 30 nəfər xəsarət alıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, rayonun Nişança Məhəlləsi Yavədut küçəsində hərəkət edən sərnişin avtobusu ilə avtomobil toqquşub. Avtobus daha sonra dirəyə çırpılıb.

Hadisəyə səbəb kimi yolun sürüşkən olması göstərilir.

İstanbul əyaləti səhiyyə idarəsinin müdri Abdullah Əmrə Günər avtoqəzada xəsarət alan 30 vətəndaşın hadisə yerində ilk müdaxilələrdən sonra təcili yardım maşınları ilə xəstəxanalara göndərildiyini açıqlayıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib. O qeyd edib ki, PUA yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 9:30-da) Sfıntu-George şəhərindən təxminən 10 km qərbdə […]