Rusiya bu gün… – Fotolar

Oxunma vaxtı:27 Saniyə

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Hadisə nəticəsində 82 nəfərin həlak olduğu, 107 nəfərin isə yaralandığı bildirilir.

Artıq bu gün səhər saatlarından etibarən Rusiyanın müxtəlif şəhərlərində ictimai yerlərdə, dayanacaqlarda faciə tarixi və “yad edirik” sözləri yazılmış lövhələr quraşdırılıb. İnsanlar faciə qurbanlarını yad etmək üçün həmin lövhələrin, meriya binalarının qarşısına toplaşır və gül-çiçək düzür, şam yandırırlar.

Həmçinin səhər saatlarından etibarən terrorda yaralananlar üçün qanvermə aksiyalarına başlanılıb. Vətəndaşlar əlverişsiz hava şəraitinə baxmayaraq qan vermək üçün növbələrə düzülür.

Rusiyanın müxtəlif şəhərlərində çəkilmiş görüntüləri təqdim edirik:

Loading

Next Post

"Crocus City Hall”da baş verən terrorda ölənlər arasında azərbaycanlı da var

Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olması barədə xəbər yayılıb. Bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin siyahısında hələ ki, 37 nəfərin adı qeyd olunub. Siyahıda 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı bir azərbaycanlının da adı var.