Ermənistanın təxribatı nəticəsində Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olub

Oxunma vaxtı:32 Saniyə

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə şəxsi heyət arasında itkilər var, həmçinin hərbi infrastruktura ziyan dəyib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Loading

Next Post

Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır

Erməni teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə […]