ABŞ İrana yenidən sanksiya tətbiq etdi

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Vaşinqton İranın hərbi təchizat şəbəkəsi ilə bağlı 1 fiziki və 6 quruma sanksiya tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

Dövlət katibi Entoni Blinkenin adından verilən bəyanatda “Birləşmiş Ştatlar İranın hərbi proqramlarını və onun satınalma şəbəkələrini pozmaq üçün tədbirlər görməyə qətiyyətlə sadiqdir”, – deyə qeyd olunub.

İran, Çin və Malayziyada yerləşən bu şəxslər və qurumların ABŞ-ın sanksiyaya məruz qoyduğu İran Pərdəzan Sistemi Namad Armanın (PASNA) satınalma fəaliyyətlərində yardım etdiyi bildirilir. ABŞ Dövlət Departamentinin məlumatına görə, adıçəkilən şirkət İranın Müdafiə Nazirliyi və silahlı qüvvələrinin maddi-texniki təminatı ilə bağlıdır.

Loading

Next Post

Polis polkovnik-leytenantı yeni vəzifəyə təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Atik Cəlilzadə vəzifədən azad edilib. Nazirin digər əmri ilə Atik Cəlilzadə Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin edilib. […]