Polis polkovnik-leytenantı yeni vəzifəyə təyin edildi

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Atik Cəlilzadə vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Atik Cəlilzadə Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, A.Cəlilzadə bundan əvvəl Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin də rəisi vəzifəsində çalışıb.

Loading

Next Post

Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb. UEFA-nın yaydığı məlumata görə, 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün açıqdır və satış qurumun saytında həyata keçirilir. 20 min bilet finalçı komandaların azarkeşləri üçün nəzərdə tutulub. Qalan biletlər yerli təşkilat strukturu, UEFA, UEFA-ya üzv assosiasiyalar, kommersiya tərəfdaşları və yayımçılar üçündür. Biletlər […]