Ceyhun Bayramov və Çavuşoğlu dağıntılar olan ərazidə – YENİLƏNİB

alfonsonri
Oxunma vaxtı:50 Saniyə

Kahramanmaraşda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov zəlzələ bölgəsində Azərbaycan FHN-in xilasedicilərinin əməliyyat apardığı ərazidə olub.

Azərbaycan XİN rəhbərini türkiyəli həmkarı Mövlud Çavuşoğlu və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşayiət edir.

Qeyd edək ki, hazırda həmin ərazidə FHN-in axtarış-xilasetmə qrupları çalışır. Etibar Mirzəyev burada görülən işlərlə bağlı Ceyhun Bayramova və Mövlud Çavuşoğluna məlumat verib.

Burdan sonra FHN tərəfindən quraşdırılmış mobil səhra hospitalına baş çəkəcəklər.

***

13:32

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyini (AFAD) ziyarət edib.

Bu barədə XİN məlumat yayıb. Nazir zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görülən işlərlə bağlı Azərbaycan XİN başçısı ilə müzakirələr aparıb.

***

12:35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gedib.

Naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.

Loading

Next Post

"Hələ də xəbər alınmayan vətəndaşlarımız var" - Nazir

“İndiyədək 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib”. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. Nazir qeyd edib ki, yeni müraciət edənlərin vəziyyətinə baxılır: “Ümumilikdə bizdə olan statistikaya görə, 5 vətəndaşımız zəlzələ nəticəsində həlak olub. Hələ də tapılmayan və […]