Azərbaycan və Ermənistan liderləri bu barədə razılığa gəldilər

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlinib.

Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.

“Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması istiqamətində işlərin gələcək prosesi, (Ermənistan-Azərbaycan – red.) sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması barədə razılıq əldə olunub. Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. O, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələləri həll edəcək”, – deyə o, qeyd edib.

Loading

Next Post

Meymun çiçəyinə görə karantin neçə gün olacaq?

Koronavirus epidemiyası ilə mübarizə hələ də davam edərkən, son həftələrdə daha bir potensial təhlükəli virus – meymun çiçəyi ortaya çıxıb. Artıq Belçikada virusula bağlı kritik qərar qəbul edilib. Qərara əsasən, xəstəliyə yoluxanlar 21 gün məcburi karantində qalacaqlar. Qeyd edək ki, məcburi təcrid qərarı verən ilk ölkə olan Belçikada meymun çiçəyi […]