Bu tarixdən məktəblərə qadağa qoyula bilər – AÇIQLAMA

Oxunma vaxtı:43 Saniyə

Bu gün koronavirusun mutasiyası prosesi davam edir. Virusun yoluxuculuq indeksi yüksək olsa da, onun ağırlaşdırıcılıq və öldürücülük qabiliyyəti xeyli aşağıdır. Əslində, yoluxmanın yüksək olması təbii haldır. Çünki virus adaptasiya edərək haradasa özünə yaşamağa yer axtarır. Belə olan halda insan hüceyrəsi hədəf olur.
BiG.AZ xəbər verir ki, bu sözləri Bakı.vs-yə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, sentyabr ayında yoluxanların sayında artım ola bilər:

“Bu, təbii prosesdir. Pandemiyanın sonuna doğru zatən belə olur. Hesab edirəm ki, karantin tədbirləri ciddi şəkildə sərtləşdirilməməlidir. Ölkə iqtisadiyyatını nəzərə alaraq sərt karantin tədbirlərinə lüzum yoxdur. Düşünürəm ki, dövlət qurumları bunu nəzərə alacaqlar.

Lakin müəyyən tədbirlərin görülməsi mümkündür. Kütləvi tədbirlərə say məhdudiyyəti və qapalı məkanlarda maska taxılması, karantin qaydalarının gözlənilməsini misal göstərmək olar. Uşaqların sinif otaqlarına, həmçinin vətəndaşların bütün qapalı məkanlara maska ilə daxil olmaları kimi tədbirlər də görülə bilər”.

Loading

Next Post

Məktəbə hazırlıqda artıq xərclərdən qaçınmaq üçün pedaqoq tövsiyəsi

“Bahalı qələmlər və karandaşlar almağa ehtiyac yoxdu, çünki uşaqlar tez-tez onları ya itirir, ya da başqasına verirlər. Qalın dəftərlər yerinə də nazik olanların sayını artırmaq daha yaxşıdır, çünki onlar da tez-tez uşaqlar tərəfindən itirilir və ya zədələnir. Əsas büdcəni daha vacib alışlar üçün ayırın: bel çantası, tutumlu penal və rəngli […]