Məktəbə hazırlıqda artıq xərclərdən qaçınmaq üçün pedaqoq tövsiyəsi

Oxunma vaxtı:44 Saniyə

“Bahalı qələmlər və karandaşlar almağa ehtiyac yoxdu, çünki uşaqlar tez-tez onları ya itirir, ya da başqasına verirlər. Qalın dəftərlər yerinə də nazik olanların sayını artırmaq daha yaxşıdır, çünki onlar da tez-tez uşaqlar tərəfindən itirilir və ya zədələnir. Əsas büdcəni daha vacib alışlar üçün ayırın: bel çantası, tutumlu penal və rəngli karandaşlar”, – deyə Mixail Yumaşev bildirib.

Pedaqoq məktəb ləvazimatlarının alınmasını uşaqla müzakirə etməyi məsləhət görüb. Onun sözlərinə görə, oxumağa həvəsləndirmək üçün onun sevimli personajları ilə bəzənmiş ləvazimatlar almaq daha yaxşıdır.

“Sevimli cizgi filminin və ya filminin personajı olan dəftərxana ləvazimatları şagirdi dərsə həvəsləndirir, sinifdə özünə inam yaradır”.

Pedaqoq uşaqlarla istəklərin rasionallığını müzakirə etməyi də tövsiyə edib. O, hər valideynin üzərində uşağın sevimli qəhrəmanı olan çantaya həddindən artıq pul ödəməyə hazır olmadığını deyib.

“Bununla belə, kompromisə gəlmək yaxşı olar. Beləliklə, şagird alışdan razı qalacaq, ailə büdcəsinə isə çox zərər dəyməyəcək”, – deyə müəllim vurğulayıb.(oxu.az)

Loading

Next Post

Məktəblərdə rus bölməsində niyə yer yoxdur?

Bir qrup valideyn Bakı Şəhər Təhsil İdarəsinə şikayət etmək üçün qurumun qarşısına toplaşıb. Onların iddialarına görə, ərizə qəbulu və imtahan mərhələsindən övladlarını keçirsələr də, məktəblərdə rus bölməsinə yerləşdirə bilmirlər. Məktəb direktorları öz tabeliklərindəki təhsil ocaqlarında boş yerlərin olduğunu bildirsələr də, İdarədən bunun əksini bildiriblər.