Qoşqar Təhməzli Qusarda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 20-si saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə AQTA məlumat yayıb.

Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 19-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Loading

Next Post

İsrail ordusu Qəzzada HAMAS-ın yüksək rütbəli kəşfiyyat komandirini öldürüb

HAMAS-ın Xan Yunis briqadasının kəşfiyyat komandiri Məhəmməd Əbu Saleh dünən Qəzzada İsrail ordusunun əməliyyatı nəticəsində öldürülüb. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. “Məhəmməd Əbu Saleh dəqiq zərbə nəticəsində öldürülüb. Hücumdan əvvəl mülki şəxslərə dəyən ziyanın minimallaşdırılması üçün tədbirlər görülüb”, – məlumatda qeyd olunub. Məhəmməd Əbu Salehin 7 oktyabr […]