ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 23 Saniyə

Azərbaycan ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir.

Bu barədə qurumun “2026-cı il Fiskal Şəffaflıq Hesabatı”nda qeyd olunub.

Hesabatda vuğulanıb ki, departament digər müvafiq federal qurumlarla məsləhətləşmələr apararaq minimum maliyyə şəffaflığı tələblərinin illik icmalını aparıb və illik qiymətləndirmə meyarlarını yeniləyib. Departament “2014-cü il Fiskal Şəffaflıq Hesabatı”nda müəyyən edilmiş 139 hökumətin (və Fələstin Muxtariyyətinin) maliyyə şəffaflığını qiymətləndirib, hər bir hökumətin minimum tələblərə cavab verib-vermədiyini müəyyən edib və minimum maliyyə şəffaflığı tələblərinə cavab verməyən hökumətlərin 1 yanvar – 31 dekabr 2025-ci il tarixli icmal dövründə tələblərə cavab verməkdə əhəmiyyətli irəliləyiş əldə edib-etmədiyini qiymətləndirib.

Hesabatda bildirilib ki, 2026-cı il icmalını apararkən departament ABŞ səfirliklərindən və konsulluqlarından, digər ABŞ hökumət qurumlarından, beynəlxalq təşkilatlardan və vətəndaş cəmiyyəti təşkilatlarından alınan məlumatları nəzərə alıb. Büdcə proseslərində mənalı ictimai iştirakı təmin etmək üçün hökumətlərin əsas minimum maliyyə şəffaflığı tələblərinə cavab verib-vermədiyini qiymətləndirərkən departament hökumətlərin spesifik hallarının fərqli olduğunu qəbul edib. Buna baxmayaraq, hesabatda hökumətlərin büdcə proseslərində mənalı ictimai iştirakı təmin etmək üçün əsas minimum maliyyə şəffaflığı tələblərinə cavab verib-vermədiyi qiymətləndirilir.

ABŞ Dövlət Departamenti Azərbaycan ilə yanaşı Albaniya, Argentina, Ermənistan, Baham adaları, Benin, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bolqarıstan, Burkina Faso, Kabo-Verde, Çili, Kolumbiya, Kosta Rika, Kot-d’İvuar, Xorvatiya, Çexiya, El Salvador, Estoniya, Fici, Gürcüstan, Qana, Yunanıstan, Qvatemala, Qayana, Honduras, Macarıstan, Hindistan, İndoneziya, İsrail, Yamayka, İordaniya, Qazaxıstan, Keniya, Kosovo, Qırğızıstan, Latviya, Litva, Malayziya, Malta, Mavritaniya, Mavriki, Meksika, Mikroneziya (Federativ Ştatlar), Moldova, Monteneqro, Mərakeş, Namibiya, Nepal, Şimali Makedoniya, Panama, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Ruanda, Serbiya, Sinqapur, Seyşel adaları, Slovakiya, Sloveniya, Cənubi Afrika, Şri-Lanka, Tayland, Şərqi Timor, Trinidad və Tobaqo, Tunis, Türkiyə, Uqanda və Uruqvayın minimum maliyyə şəffaflığı tələblərinə cavab verdiyini təsdiqləyib.

Loading

Next Post

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatı start götürüb. Azərbaycan millisinin üzvü Saleh Sultanov (J1, 81 kq) yarışın bürünc medalını qazanıb. İdmançımız 1/4 finalda fransalı Siril Jonara məğlub olub. Sultanov təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Jujqovu, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Mishiко Şiobrişvilini məğlub edib.