Nazirlər Kabineti Naftalan nefti ilə bağlı qərar verib

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Nazirlər Kabineti “Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar ölkə Prezidentinin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 28 sentyabr 2024-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb və elmi-texniki nailiyyətlərin texnoloji proseslərdə tətbiqi, qabaqcıl texnologiya, avadanlıq, xammal və enerji resurslarından qənaətlə istifadəsi, əmtəə məhsullarının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi amilləri nəzərə alınmaqla, Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriyakurort müəssisələrinə paylanılması qaydalarını müəyyən edir.

Loading

Next Post

Ukrayna - Azərbaycan oyununun hakimi daha əvvəl "Qarabağ"ın avrokubok matçını idarə edib

Avstriyalı FIFA referisi Sebastyan Qishamer üçüncü dəfə Azərbaycan komandasının matçını idarə edəcək. DÇ-2026-nın seçmə mərhələsində Ukrayna – Azərbaycan görüşünə təyinat alan hakim daha əvvəl “Qarabağ” klubunun və U-21 millisinin oyununda iş başında olub. Bu gün 37 yaşını qeyd edən ədalət təmsilçisi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında […]