Ukrayna – Azərbaycan oyununun hakimi daha əvvəl “Qarabağ”ın avrokubok matçını idarə edib

DogruSozTv Az
Oxunma vaxtı:34 Saniyə

Avstriyalı FIFA referisi Sebastyan Qishamer üçüncü dəfə Azərbaycan komandasının matçını idarə edəcək.

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna – Azərbaycan görüşünə təyinat alan hakim daha əvvəl “Qarabağ” klubunun və U-21 millisinin oyununda iş başında olub.

Bu gün 37 yaşını qeyd edən ədalət təmsilçisi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş çexlərin 5:0 hesablı qələbəsi ilə bitib.

Qishamer daha sonra, 2023-cü ildə “Qarabağ”ın səfər qələbəsinə şahidlik edib. Həmin vaxt Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin “Hakken” klubunu minimal hesabla üstələyib – 1:0.

Qeyd edək ki, Ukrayna – Azərbaycan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində start götürəcək.

Loading

Next Post

Bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

Oktyabrın 14-də Azərbaycanda bəzi yerlərdə yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi […]