Prezident İlham Əliyev Özbəkistan prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib

Oxunma vaxtı:24 Saniyə

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib.

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Azərbaycanın dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti dövlət səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, Özbəkistan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Loading

Next Post

Fəhlə lotereyadan sərvət qazandı: Arvadını atıb başqası ilə sevgili oldu - İndi isə...

24 il əvvəl Türkiyədə lotereyadan 7,5 milyard lirə qazanaraq məşhur olan Mustafa Oytun adlı sakin bütün pullarını xərcləyib. O indi ehtiyac içində yaşayır. 54 yaşlı sakinin sözlərinə görə, o, pul qazanandan sonra evli olmasına baxmayaraq başqa qadınla sevgili olub. Sakinin sözlərinə görə, o sevgilisi üçün istədiyi hər şeyi alıb. Lakin pulu bitəndən […]