Sabah 37 dərəcə isti olacaq

Oxunma vaxtı:35 Saniyə

Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri Dr Rahma bint İbrahim bin Said Al Mahrouqiyah ilə görüşüb. Bu barədə […]