Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb

Oxunma vaxtı:24 Saniyə

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri Dr Rahma bint İbrahim bin Said Al Mahrouqiyah ilə görüşüb.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş çərçivəsində Oman Sultanlığı ilə elm və ali təhsil sahəsində cari əməkdaşlıq, o cümlədən gələcək inkişaf perspektivləri müzakirə edilib.

Loading

Next Post

Milli Məclisin sədri TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, “Türk əsri: parlament diplomatiyasının rolu” mövzusunda təşkil olunan iclasda çıxışı zamanı spiker Sahibə Qafarova türk xalqlarının bəşəriyyətin inkişafına dəyərli töhfələr verdiyini bildirib.Sahibə Qafarova qeyd edib ki,z türk birliyinin yeni […]