Rusiya və ABŞ arasında danışıqlar 

Oxunma vaxtı:18 Saniyə

Rusiyanın ABŞ-dakı səfirliyi gələn həftə ikitərəfli münasibətlər mövzusunda Amerika administrasiyasının nümayəndələri ilə təmaslar barədə razılığa gəlib.

Bu barədə bazar ertəsi jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Gələn həftə təmaslar barədə razılığa gəldik. İkitərəfli münasibətlərin problemləri, bundan sonra necə yaşamalı olduğumuz, Rusiya-Amerika münasibətlərinin tamamilə pozulmaması üçün hər hansı şansın olub-olmaması haqqında müzakirələr apardıq”, – deyə səfir vurğulayıb.

Loading

Next Post

Cünevrədə mühüm TOPLANTI

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib. Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv parlamentlər və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib. Konfransı giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq, konfransın Şəbəkənin və […]