FHN əməkdaşı faciəvi şəkildə öldü: toyu olacaqdı – Foto

Oxunma vaxtı:26 Saniyə

Ağcabədidə FHN əməkdaşının ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Yenixeber.org xəbər verir ki, ötən gün baş verən qəza zamanı həyatını itirən Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışıb.

Mərhum nişanlı olub. Nənəsi dünyasını dəyişdiyi üçün toyu bir dəfə təxirə salınıb. Məclis bu yaxınlarda baş tutacaqdı.

Xatırladaq ki, hadisə ötən gün Ağcabədinin Poladlı kəndində qeydə alınıb. Mahir Şükürzadənin idarə etdiyi VAZ-2107 markalı avtomobil qarşıdan gələn “Tofaş” markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən M.Şükürzadənin həyatını xilas etmək mümkün olmayıb.(Unikal)

Loading

Next Post

Leyla Əliyeva qadın və uşaq sığınacağını ziyarət edib - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mehriban Zeynalovanın sədri olduğu qadın və uşaq sığınacağında olub. Leyla Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında fotolar paylaşıb.