“Lotu Quli”ni öldürən şəxslərə ömürlük həbs VERİLDİ

Oxunma vaxtı:37 Saniyə

4 il əvvəl Antalyanın Serik bölgəsində kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı Nadir Səlifovun qətlində təqsirləndirilən Xaqan Zeynalov (Xan Əhmədlinski) və digər 7 nəgərin məhkəmə prosesi başa çatıb.

Onların ikisi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

İki nəfər 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, 4 müttəhimin barəsində isə bəraət hökmü çıxarılıb.

Xatırladaq ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun Xaqan Zeynalov tərəfindən güllələndiyi bildirilir.

İş üzrə Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfov adlı şəxslər məsuliyyətə cəlb edilib.(NTV )

Loading

Next Post

Çindən Gürcüstana uçuşların sayı ARTIRILIR

Çinin “China Southern Airlines” aviaşirkəti Gürcüstana uçuşların sayını artıracaq. Bunu Gürcüstan Hava Limanları Assosiasiyasının rəhbəri İrakli Karkaşadze bildirib. Onun sözlərinə görə, söhbət yay mövsümündə Çinin Sintszyan-Uyğur muxtar rayonunun paytaxı Urumçi ilə Gürcüstan paytaxtı Tiflis arasında uçuşların artırılmasından gedir. İndi onlar həftədə üç dəfə həyata keçirilir. Apreldə Gürcüstan və Çin arasında vizasız rejim haqqında […]