

Çinin “China Southern Airlines” aviaşirkəti Gürcüstana uçuşların sayını artıracaq.
Bunu Gürcüstan Hava Limanları Assosiasiyasının rəhbəri İrakli Karkaşadze bildirib.
Onun sözlərinə görə, söhbət yay mövsümündə Çinin Sintszyan-Uyğur muxtar rayonunun paytaxı Urumçi ilə Gürcüstan paytaxtı Tiflis arasında uçuşların artırılmasından gedir.
İndi onlar həftədə üç dəfə həyata keçirilir. Apreldə Gürcüstan və Çin arasında vizasız rejim haqqında saziş imzalanacaq.
![]()
