Ermənilər Qarabağa yeni yol çəkir – Nazirlik xəbərdarlıq etdi – VİDEO

alfonsonri
Oxunma vaxtı:37 Saniyə

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

“Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – nazirlikdən qeyd olunub.

Loading

Next Post

Ərbakanın oğlu “Cumhur İttifaqı”na qoşuldu

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakaın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası “Cumhur İttifaqı”na qoşulub. Partiya nümayəndələri ittifaq protokolunu Ali Seçki Komissiyasına təqdim ediblər. Yenidən Rifah Partiyası dördüncü partiya kimi “Cumhur İttifaqı”nın tərkibində seçkilərdə iştirak edəcək. İndiyədək “Cumhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) […]