Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından 8 il ötür

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

19 May 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsindən 8 il ötür.

Yanğının başlamasına səbəb ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli sərəncamı ilə baş verən yanğın hadisəsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində İlham Əliyev hadisə yerini ziyarət edib.

Loading

Next Post

Azərbaycanda boşanmalar niyə artıb?

“Boşanmaların sayının artması hər birimizdə narahatlıq doğurur”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur: “Bəzən bir […]